Kilian Mbappe zədələnib

21 Noyabr 2018 21:18 (UTC+04:00)

Neymardan sonra PSJ-nin daha bir hücumçusu - Kilian Mbappe də zədələnib. “Ntv Spor”un yaydığı məlumata görə, Fransa millisinin üzvü Uruqvayla yoldaşlıq qarşılaşmasında zədələnib. Gənc forvardın hansı müddətə sıraya qayıdacağı məlum deyil. Qeyd edək ki, Mbappe bu mövsüm 13 oyuna 13 qol vurub, 7 məhsuldar ötürmə edib.