Türkiyəli aktyor Cengiz Baykal vəfat edib. SİA-nın tür mətbuatına istinadən xəbərinə görə, bu barədə Onur Akay məlumat verib: “Müalicəsi reanimasiyada davam edən 59 yaşlı aktyor Cengiz Baykal dünən dünyasını dəyişib. Sənətçi Bakırköydə dəfn olunacaq. Məkanı cənnət olsun”
Qeyd edək ki, C.Baykal İstanbul Dövlət Teatrında çalışırdı.