Astanada Suriya ilə bağlı formata yeni müşahidəçilərin cəlb edilməsi məsələsinə baxılacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyi tərəfindən yayaılan məlumatda bildirilir.
Məlumata görə, Astanada Suriya ilə bağlı keçirilən danışıqlarda əsas iştirakçı ölkələr (Rusiya, Türkiyə, İran) formata yeni müşahidəçilərin birləşdirilməsi məsələsini nəzərdən keçirə bilərlər.
Qeyd edək ki, Suriya ilə bağlı Astanada keçiriləcək danışıqlar 28-29 noyabr tarixində baş tutacaq.