Avtomobil qəzası keçirən Zümrüd: "4 saat yolun ortasında qaldım"

19 Noyabr 2018 17:05 (UTC+04:00)

Aparıcı Zümrüd Bədəlova avtomobil qəzası keçirib. SİA-nın məlumatına görə, bu haqda aparıcının özü məlumat verib: "Hadisə şənbə günü oldu. 4 saat yolun ortasında qaldım. Deyirlər ki, qadınlar maşın sürə bilmir. Amma yaxşı ki, qəzanı polislər gördü və günahsız olduğumu bildilər. Güclü bir şey deyildi, amma bir müddət maşınsız qaldım”.