Bakıda marşrut avtobusu qəzaya düşdü

19 Noyabr 2018 15:06 (UTC+04:00)

Noyabrın 17-də saat 21:00 radələrində Nəsimi rayonunun Cavadxan küçəsində Bakı şəhər sakini Əbdürəhman Ərəbov idarə etdiyi “Daewoo” markalı 170 saylı xətt avtobusunu qarşıdakı işıqforda dayanmış 3 avtomobilə vurub.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, səstəxanaya yerləşdirilmiş avtobusun sürücüsü noyabrın 18-də orada ölüb.

Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.