Kaliforniyada qeyri-sabit hava şəraiti 2 nəfərin ölümünə səbəb olub

23 Dekabr 2010 10:01 (UTC+04:00)

ABŞ-ın cənub-qərbində qeyri-sabit hava şəraiti hökm sürür. SİA-nın xəbərinə görə, ötən həftənin son günlərində Kaliforniya ştatına yağan leysan yağışlar bölgənin bəzi hissələrində torpaq sürüşməsi təhlükəsi yaradıb. İlkin məlumata görə, yağıntılı hava şəraiti artıq 2 nəfərin ölümünə səbəb olub.

Mövcud vəziyyətlə əlaqədar ştatın cənub hissəsində dekabrın 22-dən fövqəladə vəziyyət elan edilib. Hazırda təhlükəsizlik tədbirləri çərçivəsində La-Kanada və La-Kresçenta şəhərlərində əhalinin təxliyyəsi həyata keçirilir. Təhlükə zonasında yerləşən digər yaşayış məntəqələrinin əhalisinin də təxliyyəsi nəzərdə tutulub.