Cari ilin dekabrın 1-dən 20-ə kimi "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatı qalibinin müəyyənləşdirilməsi ilə bağlı kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında sorğu keçirib. Sorğuda iştirak edən KİV-lərin 81 faizi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi "Jurnalistlərin dostu" mükafatına ən layiqli namizəd hesab ediblər
.Jurnalistlər Prezident İlham Əliyev özlərinin dostu saydılar
Komitədən SİA-ya verilən məlumata görə, sorğuda 30 gündəlik, 19 həftəlik qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 informasiya portalı, 7 televiziya və 3 radio kanalı, ümumilikdə 93 KİV iştirak edib.
Mükafatın əsasnaməsinə uyğun olaraq gündəlik qəzetlərə, televiziya kanallarına və informasiya agentliklərinə 2, digər KİV-lərə və jurnalist təşkilatlarına 1 anket vərəqi təqdim olunub. Respondentlərdən "2010-cu ilin yekunlarına görə hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz?" sualını cavablandırmaq xahiş olunub.
Sorğuda iştirak edən KİV-lərin 81 faizi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi "Jurnalistlərin dostu" mükafatına ən layiqli namizəd hesab ediblər. Sorğunun nəticələrinə görə, "Azercell Telekom" MMC-nin prezidenti Ali Ağan 6 faiz səslə ikinci, Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə 5 faiz səslə üçüncü yeri tutublar. Respondentlərin adlarını anketlərə daxil etdikləri digər şəxslər ümumi səslərin 8 faizini qazanıblar.
Mükafatın əsasnaməsinə görə, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsində müstəsna xidmətləri olan şəxslər mükafatın laureatı ola bilərlər. "RUH" AJMK-nın "Jurnalistlərin dostu" mükafatının təsis edilməsində əsas məqsəd cəmiyyətdə söz və məlumat azadlığı prinsiplərini inkişaf etdirmək, media ilə dövlət orqanları, özəl qurumlar, ictimai birliklər və siyasi partiyalar arasında əlaqələrin möhkəmlənməsinə köməklik göstərmək, KİV-lərə qayğı ənənələrini stimullaşdırmaqdır.
"Jurnalistlərin dostu" sonuncu dəfə ulu öndər Heydər Əliyev olmuşdu
Qeyd edək ki, 1997-ci ildə təsis edilən mükafat sonuncu dəfə 2002-ci ildə ümummilli lider Heydər Əliyevə təqdim olunub. Bu da səbəbsiz deyildi. Azərbaycanda milli mətbuatın inkişafı və formalaşmasında ulu öndər Heydər Əliyevin əvəzsiz rolu olub.
Müstəqilliyimizi bərpa etdikdən sonra keçid dövrünün problemləri bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində problemlər yaratmışdı. Ulu öndər hakimiyyətə gəldikdən sonra Azərbaycan mətbuatının inkişafına dövlət dəstəyi gücləndi.
Həqiqətən də, ümummilli lider Heydər Əliyevin Azərbaycanda azad sözün, mətbuatın inkişafında böyük xidmətləri olub. Tam məsuliyyətlə demək olar ki, ulu öndərin ikinci dəfə hakimiyyətə gəlişi ilə Azərbaycan mətbuatı həqiqi azadlığa nail oldu.
Məhz Onun diqqət və qayğısı nəticəsində mətbuata qoyulan qadağalar aradan qaldırıldı, müstəqil, azad mətbuatın əsası qoyuldu. Nəticə ortadadır, Azərbaycan mətbuatında nə senzura, nə də kiminsə yazdığına müdaxilə var.
Ü
mummilli lider mətbuatın problemlərini yaxından öyrənmək məqsədi ilə müntəzəm olaraq KİV rəhbərləri ilə görüşlər keçirib və problemlərin aradan qaldırılması üçün lazımi göstərişlər verib.Söz və fikir azadlığını təmin etmək məqsədi ilə 1998-ci ildə ulu öndər tərəfindən mətbuat üzərindən senzura götürülüb. "Azərbaycan" nəşriyyatına olan borclar müəyyən müddətə dondurulub
(sonralar Prezident İlham Əliyev tərəfindən ləğv edilib).Milli mətbuatın inkişafına şərait yaratmaq üçün qəzet və jurnalların qeydiyyatı sadələşdirilib.
Hazırda respublikamızda 4000-dən artıq KİV qeydiyyatdan keçib. Bundan başqa yüzlərlə informasiya portalları və xəbər saytları var.Ümummilli lider Heydər Əliye
vin tövsiyəsi ilə KİV haqqında qanun təkmilləşdirilmiş və Azərbaycan Mətbuat Şurası yaradılıb. MŞ-nin fəaliyyəti ölkə mətbautının inkişafına öz töhfəsini verib. Şuranın fəaliyyəti son vaxtlar xeyli təkmilləşib və ölkə mətbuatına öz töhfəsini verib.Mətbuata dövlət dəstəyi siyasətinin layiqli davamçısı
Ulu öndər Heydər Əliyevin mətbuata yönəlik siyasəti
hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı bu gün mətbuatın inkişafı üçün lazımi addımlar atır, tapşırıqlar və sərəncamlar verir.Cənab Prezident ulu öndərin yolunu davam etdirərək, mətbuatın inkişafı naminə qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcunu birdəfəlik ləğv edib və layiqli jurnalistlərə mükafatlar verib.
2005-ci ildə dövlət başçısı tərəfindən "Əməkdar jurnalist" adı bərpa edilib və bir qrup jurnalist bu fəxri ada layiq görülüb. Milli mətbuatın inkişafına yardım məqsədi ilə 2008-ci ilin iyulunda "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" təsdiq edilib və onun əsasında ölkə başçısının 2009-cu il 3 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb.
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılandan sonra ölkə mətbuatında bir canlanma yaranıb. Fondun KİV-lərə verdiyi maliyyə yardımları, qrantlar mətbuatımızın inkişafına təkan verib. Fonddan mətbuat orqanların 10 min, 20 min manatlıq yardımlar redaksiyaların maddi-texniki bazasının müasirləşməsinə və iş şəraitinin yaxşılaşmasına səbəb olub.
Maliyyə vəsaiti ayrılarkən iqtidar və müxalifət mətbuatı arasında heç bir fərq qoyulmayıb. Həqiqətən də, hər dəfə siyahıya nəzər salanda görünür ki, burada yalnız bir prinsip nəzərə alınır- cəmiyyətdə nüfuz qazanmış, peşəkar jurnalistika ilə məşğul olan media vasitələri yardım alır. Onların içində müxalifət qəzetləri də var.
Fondun maliyyələşdirdiyi qrant müsabiqəsində isə layihələri qalib gələn onlarla mətbuat orqanı iri məbləğdə maliyyə alıblar. Jurnalistlər arasında hər il bir neçə dəfə keçirilən müsabiqələrdə 30-40 nəfər 1000 manat məbləğində mükafalandırılır.
Milli mətbuatımızın 135 illik yubileyi ilə bağlı cənab Prezidentin sərəncamı ilə mətbuatımızın inkişafında xidmətləri olan bir qrup jurnalistə fəxri adlar və sair mükafatlar verildi. Qəzetlərə 20 min, informasiya agentliklərinə isə 10 min manatq yardım göstərildi.
Bundan başqa, Prezidentin Ehtiyat Fondundan ayrılan 5 milyon manat vəsaitlə jurnalistlər üçün yeni binanın tikilməsinə başlanıb və yaxın zamanda mənzilə ehtiyacı olan 100-dək həmkarımızın evlə təmin olunması reallaşacaq.
Göründüyü kimi, Prezident İlham Əliyev ölkədə azad mətbuatın inkişafında, söz-fikir azadlığının bərqərar olunmasında, vətəndaş cəmiyyətinin qurulmasında böyük xidmətlər göstərib. O üzdən də İlham Əliyevin "Jurnalistlərin dostu" seçilməsi ədalətli və obyektiv qərardır.