Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub

15 Noyabr 2018 17:53 (UTC+04:00)

Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə İsrafil Kərimov İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib. Bu barədə SİA-ya yeni mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov özü məlumat verib.

Məlumat üçün nəzərinizə çatdıraq ki, İsrafil Kərimov Bakı şəhərində anadan olub. 190 saylı orta məktəbi və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirib. Əmək fəaliyyətinə Xalça Muzeyində başlayan İ. Kərimov daha sonra Sovet ordusunda və Milli orduda xidmət edib. Bakı Məişət Kondisionerləri Zavodunda əvvəlcə fəhlə, ilk sex komsomol katibi, zavod komsomol katibinin müavini, Bakı Kondisioneri Elm İstehsalat Birliyinin komsomol komitə katibi vəzifələrində çalışıb. Daha sonra fəaliyyətini Nərimanov rayonunda ərazi seçki komissiyasının sədri kimi davam etdirən İ. Kərimov 2005-ci ilin iyul ayından Səbail rayon İcra Hakimiyyətində məsləhətçi, böyük məsləhətçi, şöbə müdiri vəzifələrində çalışıb.

Ailəlidir, iki övladı var.