“YARAT”da “Ferma teoremi” filmi nümayiş olunacaq

15 Noyabr 2018 17:21 (UTC+04:00)

Noyabrın 20-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Ferma teoremi” filmi nümayiş olunacaq. SİA-nın məlumatına görə, filmin rejissoru Murad Şahbazidir.

Filmin süjet xətti məşhur riyaziyyatçı-professor Feldmanın həyat yoldaşı, bəsirət vergisinə malik ekstrasens Annanın həyatından bəhs edir.

Qeyd edək ki, film rus dilində nümayiş olunacaq.