Yazıçı Məmməd Oruc yüksək mükafata layiq görülüb

15 Noyabr 2018 15:54 (UTC+04:00)

Rusiyanın Barnaul şəhərində Ural, Sibir və Volqaboyu Yazıçılar Assosiasiyasının XIX konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirində ölkəmizi yazıçı-tərcüməçi Məmməd Oruc təmsil edib. Konfransda “Torpaq və söz: bu müstəvidə Rusiya yazıçılarının yeri və rolu”, həmçinin “Xaricdə yaşayan rus yazıçıları və Vətən ədəbiyyatı” mövzular müzakirə olunub.

Konfransın sonuncu günündə Barnaul Tarix və Diyarşünaslıq Muzeyində tədbirin yeddi iştirakçısına D.N. Mamin-Sibiryak adına Ümumrusiya Ədəbi mükafatı təqdim edilib. Təltif edilənlər arasında Azərbaycan yazıçısı Məmməd Oruc da var. Yazıçı bu mükafata uzun illər tərcüməçilik fəaliyyətinə, Rusiya və Azərbaycan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə layiq görülüb.