Ağacan Abıyev: “Yığma komandanın heyəti Azərbaycan çempionatının nəticələri müəyyənləşəndən sonra məlum olacaq” - AÇIQLAMA
22 Dekabr 2010 19:39 (UTC+04:00)
"Boks üzrə Azərbaycan milli komandasının heyəti ölkə çempionatının nəticləri müəyyənləşəndən sonra məlum olacaq". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Boks Federasiyasının (ABF) I vitse-prezidenti Ağacan Abıyev deyib. Onun sözlərinə görə, hazırda davam edən Azərbaycan çempionatı yeni istedadların üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb edir və bu yarış yığmanın heyətinə seçiləcək idmançıların müəyyənləşdirilməsində köməklik edir.
A.Abiyev 2011-ci ilin ABF üçün daha məsuliyyətli dönəm olduğunu qeyd edib: "Gələn il Bakıda London Olimpiadasına lisenziya verən Dünya çempionatı keçiriləcək. Bu baxımdan yeni il daha məsuliyyətli il kəsb edir".