Uesli Sneyder “Zadəganlar”ın sırasına keçə bilər

22 Dekabr 2010 19:10 (UTC+04:00)
"Çelsi" klubu "İnter"in hollandiyalı yarımmüdafiəçisi Uesli Sneyderi transfer etmək istəyir. SİA-nın məlumatına görə, "Zadəganlar" Sneyderin transferi üçün 45 milyon avrodan keçməlidirlər.
Qeyd edək ki, yarımmüdafiəçinin "İnter"lə müqaviləsi 2015-ci ilədək nəzərdə tutulub. "Çelsi"nin bu mövsümün sonunda italiyalılara rəsmi təkliflə müraciət edəcəyi gözlənilir.