Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. SİA-nın məlumatına görə, Rusiyanın “Krasnodar” klubundan dəvət olunmuş Ruslan Rzayev komandasının son oyununda zədələndəyi üçün yığmanın toplanışına qatılmayıb.