Tereza Mey Kremli qəzəbləndirdi ŞƏRT

13 Noyabr 2018 09:48 (UTC+04:00)

Böyük Britaniya və Rusiya münasibətlərini sahmana sala bilərlər, lakin bunun üçün Moskvaya öz davranışlarında dəyişiklik etməlidir. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniyanın hökumət başçısı Tereza Mey noyabrın 12-də London sitinin lord-meri ilə keçirdiyi görüşündə deyib.

“Rusiyanın artan təhlükəsi ilə bağlı Böyük Britaniyanın baş naziri 2017-ci ildə yüksək təbəqəyə verilən şam naharı vaxtı da danışıb”, deyə qeyd edən rus mətbuatı əlavə edib ki, Solsberi insidenti onun daha əvvəlki çıxışını yalnız təsdiq edir.

Qeyd olunur ki, Britaniyanın nazirlər kabinetinin rəhbəri növbəti dəfə Skripal işinin günahını rus kəşfiyyatının üzərinə atıb. Belə ki, britaniyalı siyasətçi xanım Londonla Moskva arasında əvvəlki münasibətlərin olmadığını və münasibətlərin bərpasının tərəfdarı olduğunu desə də, dərhal Kremlə qarşı şərtlər irəli sürüb.