“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə” təsdiqləndi

21 Dekabr 2010 23:08 (UTC+04:00)
Azərbaycan Milli Məclisi (MM) "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"ni təsdiqləyib. SİA-nın verdiyi xəbərə görə, müqavilə haqqında Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin sədri Səməd Seyidov məlumat verib.

O bildirib ki, sənəd ümumilikdə 23 maddədən ibarətdir. Müqavilədə "Hərbi-siyasi və təhlükəsizlik məsələləri", "Hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri", "İqtisadi əməkdaşlıq məsələləri", "Humanitar məsələlər", "Ümumi və yekun müddəalar" bölmələri var.

Müqavilə 112 lehinə, 1 əleyhinə olmaqla qəbul edilib.

Qeyd edək ki, müqavilə bu il avqustun 16-da Bakıda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Abdulla Gül arasında imzalanıb.