Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində “Vorskla” ilə qarşılaşacaq “Qarabağ” bu gün Poltava şəhərinə yola düşüb. Ağdam klubu çarter reysi ilə Ukraynaya yollanıb. Sabah yerli vaxtla saat 19.00-da (Bakı vaxtı ilə 21.00) “Qarabağ”ın oyunun keçiriləcəyi stadionda açıq məşqi başlayacaq. “Vorskla” – “Qarabağ” görüşü isə noyabrın 8-si keçiriləcək.