Hər zaman öz abunəçilərini unudulmaz və möhtəşəm kampaniyalarla sevindirən Nar Mobile "Nar Mobile-dan Hədiyyə Yağışı!" SMS kampaniyasının ilk qaliblərini elan edib.
SİA-nın xəbərinə görə, 29 noyabr 2010-cu il tarixindən başlayaraq "Nar Mobile-dan Hədiyyə Yağışı!" SMS kampaniyasında iştirak edən Nar Mobile abunəçiləri inanilmaz hədiyyələr - hər gün Nokia N97 Mini mobil telefonları, hər həftə 5.000 AZN və sonda əsas priz - 50.000 AZN nəğd pul qazanmaq imkanlarını əldə edirlər.
Beləliklə kampaniyanın birinci həftəsində Nokia N97 Mini mobil telefonlarını əldə etmiş Nar Mobile abunəçilərini təqdim edirik:
Rəhimov Rüstəm İlyaz oğlu
Nəcəfov Elmin Münasib oğlu
Dadaşov Nizami Ağalı oğlu
Şəmiyev Şəmi Hüseynəli oğlu
Xaləliyev Şükür Allahverdi oğlu
Əmirova Mətanət Arif qızı
Həftənin 5 000 AZN məbləğində olan nəğd pul mükafatının sahibi isə Nar Mobile abunəçisi Əhlimanova Səbinə Natiq qızıdır.
"Nar Mobile-dan Hədiyyə Yağışı!" SMS kampaniyasında iştirak etmək üçün "NAR" sözünü yazıb 7070 nömrəsinə SMS-lə göndərmək lazımdır. Göndərilən hər SMS-in qiyməti 0.99 AZN təşkil edir. Sualları doğru cavablandırmağa davam edin və Nar Mobile-dan gündəlik, həftəlik və kampaniyanın sonunda əsas priz – 50.000 AZN nəğd pul əldə etmək üçün daha çox xal toplayın.
Qeyd edək ki, "Nar Mobile-dan Hədiyyə Yağışı!" kampaniyası 11 mart 2011-ci ilə qədər davam edəcək. Nar Mobile ilk həftənin qaliblərini təbrik edir və hər kəsə uğurlar arzulayır.