Tuneldə sərnişin avtobusu qəzaya uğrayıb FOTO

6 Noyabr 2018 12:51 (UTC+04:00)

Bakıda 26 saylı marşrut üzrə hərəkət edən avtobus qəzaya uğrayıb. SİA-nın məlumatına görə, hadisə metronun "Gənclik" stansiyasının yaxınlığındakı tuneldə baş verib. Qəza zamanı avtobusun arxa sol təkərləri yerindən çıxıb.

Hadisə nəticəsində Atatürk prospekti- "Gənclik" istiqamətində avtomobillərin hərəkətində sıxlıq yaranıb.