Yağış gündüz saatlarında da davam edəcək

6 Noyabr 2018 10:40 (UTC+04:00)

Bu gün gündüz saatlarında ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gündüz saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 13-15 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu 11-16, dağlarda 3-7 dərəcə isti təşkil edəcək.