Türkiyədə 200-dən çox miqrant saxlanılıb

5 Noyabr 2018 21:30 (UTC+04:00)

Türkiyənin sahil-mühafizə xidməti Yunanıstanla sərhəddəki Edirne əyalətində 223 qeyri-leqal miqrant saxlayıb. Trend-in məlumatına görə, həmin miqrantlar Yunanıstana keçməyi planlaşdırırmış. Saxlananlar arasında Suriya, Fələstin, İraq, Pakistan, Liviya və Əlcəzair vətəndaşları var. Həmin şəxslərin Türkiyədən deportasiya ediləcəyi gözlənilir.