“Liverpul” Cerdan Şakirini Serbiyaya aparmadı

5 Noyabr 2018 23:18 (UTC+04:00)

“Liverpul”un futbolçusu Cerdan Şakiri Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda sabah “Srvena Zvezda” ilə keçiriləcək oyun üçün Serbiyaya aparılmayıb. Bunu komandanın baş məşqçisi Yurgen Klopp klubunun saytına açıqlamasında deyib. Almaniyalı mütəxəssis alban əsilli yarımmüdafiəçini Serbiya - Albaniya münaqişələrinə görə, səfərə aparmadıqlarını deyib: “Şakirini Serbiyada nələrin gözlədiyi haqda bəzi şeylər eşitmişik. Heç bir siyasi bəyanat vermirik. Biz diqqət mərkəzində futboldan başqa bir şeyin olmadığını göstərmək istəyirik”.