Kulevi Qara Dəniz Terminalı 7 milyon ton neft və neft məhsulu qəbul edib və yola salıb

21 Dekabr 2010 19:39 (UTC+04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus Kulevi Qara Dəniz Terminalı fəaliyyətə başladığı gündən 19 dekabr 2010-cu il tarixinədək 7 milyon ton neft və neft məhsulu qəbul edib və yola salıb. Bu barədə SİA-ya ARDNŞ-dan məlumat verilib.

Qeyd edək ki, ARDNŞ-nin Gürcüstanda əldə etdiyi Kulevi Qara Dəniz Terminalı xam neftin, dizel yanacağının və mazutun qəbulu, saxlanması və gəmilərə yüklənməsi üçün nəzərdə tutulub. Terminalın ötürücülük qabiliyyəti ildə 10 milyon tondur (3 milyon ton neft, 3 milyon ton dizel yanacağı, 4 milyon ton mazut).