Müsavat Partiyasında Məclis sədrliyinə, Məclis üzvlüyünə və Divan üzvlüyünə namizədlərin irəli sürülməsi üçün müəyyənləşdirilən vaxt bu gün saat 18.00-da başa çatıb. Bu barədə Partiyanın mətbuat xidmətindən SİA-ya verilən xəbərdə deyilir.
Məlumata görə, Məclis sədrliyinə yalnız Müsavat Partiyası başqanının müavini Arzu Səmədbəyli ərizəsini təqdim edib.
Qeyd edək ki, 26 dekabrda Məclisin iclası keçiriləcək. İclasda eyni zamanda Məclis sədrliyinə keçiriləcək seçkinin vaxtı da həmin gün dəqiqləşəcək.