“Eurovision-2004”ün qalibi Yeni ili Bakıda keçirəcək- FOTO

21 Dekabr 2010 03:29 (UTC+04:00)
Ukraynanın tanınmış müğənnisi, "Eurovision-2004" mahnı müsabiqəsinin qalibi Ruslana Yeni ili Azərbaycanda qarşılayacaq. SİA-nın məlumatına görə, Ruslana dekabrın 31-də Bakıda fəaliyyət göstərən restoranların birində konsert proqramı ilə çıxış edəcək.

Sənətçi 2011-ci ili çox sevdiyi Bakı şəhərində azərbaycanlılarla birgə qarşılamaqdan məmnun olacağını söyləyib. Ruslana bayram konserti üçün xüsusi şou hazırladığını bildirib.