Bu il Gəncə ətrafı rayonlarda təxminən 55 min ha ərazidə səpin aparılıb. Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Abbasovun SIA-nın bölgə müxbirinə verdiyi məlumata görə, sahələrdən 2011-ci ildə 120 min tondan artıq taxıl götürülməsi nəzərdə tutulur.
Hazırda ən ciddi problem fermerlərin əkin sahələrini vaxtında, yəni nəzərdə tutulan aylar ərzində şumlamaması və səpin işini gecikdirməsidir. Havaların mülayim keçməsi hələlik taxıl əkini ilə məşğul olanlara səpin aparmaq üçün imkan verir.
Fermerlər isə ötən ilki uğursuzluğa baxmayaraq, yazda torpaqdan bol məhsul götürmək arzusundadır. Ötən il yağan yağışlar kənd təsərrüfatı ilə məşğul olan şəxslərin zəhmətini hədər etsədə əhalinin taxıl əkininə marağı böyükdür.