Türkiyə terror aktına cəhd edilib

2 Noyabr 2018 12:04 (UTC+04:00)

Türkiyənin şərqindəki Malatya əyalətində terror aktının qarşısı alınıb. SİA-nın məlumatına görə, polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində minalanmış avtomobil aşkar edilib. Avtomobildə 28 kiloqram həcmində partlayıcı maddə olub. Hadisə ilə əlaqədar 3 nəfər saxlanalıb.

Qeyd edək ki, ötən gün Mardin əyalətində də terror aktının qarşısı alınmışdı.