Azərbaycan Prezidenti Milli Ensiklopediya ilə bağlı fərman imzaladı

1 Noyabr 2018 17:06 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə Milli Ensiklopediyanın redaksiya heyəti aşağıdakı yeni tərkibdə təsdiq edilib:

Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin sədri

Əliyev İlham Heydər oğlu – Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin
birinci müavini

Mehdiyev Ramiz Ənvər oğlu – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, AMEA-nın həqiqi üzvü

Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin müavinləri

Quliyev İbrahim Said oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Neft və Qaz İnstitutunun direktoru
Həbibbəyli İsa Əkbər oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru
Rzayev Anar Rəsul oğlu – Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı,

Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru

Əlizadə Akif Ağamehdi oğlu – AMEA-nın AMEA-nın həqiqi üzvü, AMEA-nın prezidenti, AMEA-nın Geologiya
və Geofizika İnstitutunun direktoru

Bünyadov Teymur Əmiraslan oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın Arxeologiya və Etnoqrafiya
İnstitutunun şöbə müdiri

Cəlilov Namiq Sərdar oğlu – AMEA-nın müxbir üzvü, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru

Eldarov Ömər Həsən oğlu – AMEA-nın həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru

Ələkbərov Urxan Kazım oğlu – AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının rektoru

Əliquliyev Rasim Məmməd oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik-katibi, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru

Əliyev Kamran İmran oğlu – AMEA-nın müxbir üzvü, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri

Əliyev Telman Abbas oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Əşrəf Hüseynov adına İdarəetmə Sistemləri İnstitutunun direktoru

Əliyeva Fərəh Şirməmməd qızı – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Əlizadə Firəngiz Əliağa qızı – AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti

Fərzəliyev Vaqif Məcid oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru

Hacıyev İsmayıl Muxtar oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın Naxçıvan bölməsinin sədri

Hüseynova İradə Məmməd qızı – AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru

Xəlilov Fərhad Qurban oğlu – Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı

İsmayılov Amin İsmayıl oğlu – AMEA-nın müxbir üzvü, AMEAnın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri

İsmayıl-zadə Arif Cəfər oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri

Kərimov Kərim Məmmədxan oğlu – AMEA-nın müxbir üzvü

Kərimov Teymur Həşim oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru

Qədirov Fəxrəddin Əbülfət oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın Yer Elmləri Bölməsinin akademik katibi,
AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri

Qəribov Adil Əbdülxalıq oğlu – AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin sədri

Mahmudov Yaqub Mikayıl oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru

Məhərrəmov Abel Məmmədəli oğlu – AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektoru

Məlikov Arif Cahangir oğlu – AMEA-nın həqiqi üzvü, xalq artisti
Məmmədəliyev Vasim Məmmədəli oğlu - AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin kafedra
müdiri

Məmmədov Qərib Şamil oğlu – AMEA-nın həqiqi üzvü

Məmmədov Nazim Timur oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik katibi, AMEA-nın akademik Həsən Abdullayev adına Fizika İnstitutunun direktoru

Məmmədova Fəridə Cəfər qızı – AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun şöbə müdiri

Muradov Şahbaz Musa oğlu – AMEA-nın müxbir üzvü, AMEAnın İqtisadiyyat İnstitutunun şöbə müdiri

Mustafayev Şahin Məcid oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Ziya Bünyadov adına
Şərqşünaslıq İnstitutunun direktor müavini

Paşayev Arif Mir Cəlal oğlu – AMEA-nın həqiqi üzvü, Milli Aviasiya Akademiyasının rektoru

Rəsulov Əsgər Adil oğlu – Milli Arxiv İdarəsinin rəisi, filologiya elmlər doktoru, professor

Rüstəmov Musa İsmayıl oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri

Salahov Tahir Teymur oğlu – Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, xalq rəssamı

Səmədzadə Ziyad Əliabbas oğlu – AMEA-nın həqiqi üzvü

Vəlixanlı Nailə Məmmədəli qızı – AMEA-nın həqiqi üzvü, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin
direktoru

Yusifzadə Xoşbəxt Bağı oğlu – AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitseprezidenti

2. “Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin tərkibinin və Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 aprel tarixli 86 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 231) 1-ci hissəsi ləğv edilsin.