Paralimpiya millimiz BƏƏ-də təlim-məşq toplanışına başlayıb

1 Noyabr 2018 17:49 (UTC+04:00)

Qış idman növləri üzrə Paralimpiya milli komandamız Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışına başlayıb. SİA-nın məlumatına görə, paralimpiyaçı qızlarımız Aytac Qasımova və Gülnar Rəhimova hazırlığı dağ xizəyi və snoubord idman növləri üzrə “SKİ Dubai” kompleksində keçirlər. Onlar beynəlxalq dərəcəli məşqçilərin rəhbərliyi altında hazırlaşırlar. Noyabrın 8-də kişi idmançılarımız Ceyhun Mahmudov və Daşqın Abbasov qızlarla birlikdə hazırlığa başlayacaqlar.

Millimizin baş məşqçisi Məhəmməd İsmayılov Beynəlxalq Paralimpiya Komitəsinin təşkil etdiyi məşqçilərin hazırlıq kurslarında iştirak edir.

Qeyd edək ki, idmanın bu növü Azərbaycan Paralimpiya hərəkatı tarixində ilk dəfə olaraq yaranır və idmançılar Uşaq Paralimpiya Komitəsinin və digər Paralimpiya idman növlərinin idmançıları arasından seçiliblər.