Yeniyetmələrin yarışında Azərbaycan kubokunun sahibi bəlli oldu
21 Dekabr 2010 00:52 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, ağır atletika üzrə Azərbaycan kuboku uğrunda yarış keçirilir. SİA-nın məlumatına görə, yarışın ilk günündə yeniyetmə idmançılar arasında fəxri kürsünün ən yüksək pilləsinə Nicat Rəhimov qalxıb. O, 381.1 xal toplayıb. Yarışın gümüş medalına 374.1 xalla Firudin Quliyev, bürünc medalına isə 369.3 xalla Elxan Əliquluzadə layiq görülüb.