“Vorskla”nın milli çempionat matçında meydana partlayıcı maddə atılıb

1 Noyabr 2018 09:24 (UTC+04:00)

UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Ukraynanın “Vorskla” klubunun milli çempionatda Odessanın “Çernomerets” komandası ilə görüşündə meydana partlayıcı maddə atılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisədən sonra hakim oyunu dayandırıb. Tüstü tam dağıldıqdan və lazımi təhlükəsizlik tədbirləri görüldükdən sonra oyun davam etdirilib. Hadisə nəticəsində futbolçular və azarkeşlər arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, görüş “Vorskla” komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.