Lukaşenko Polşanı hədələdi: "Əlbəttə ki, reaksiya verəcəyik...”

1 Noyabr 2018 02:03 (UTC+04:00)

"Minsk və Moskva Polşanın öz ərazisində ABŞ hərbi bazasını yerləşdirmək niyyətinə adekvat cavab hazırlayır."

Oxu.Az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenkodeyib. “Əgər Polşada siyasətçilər orada ABŞ silahının yerləşdirilməsinə, “Tramp fortu”nun yaradılmasına milyardlarla dollar xərcləməyə hazır olduqlarını bəyan edirlərsə, əlbəttə ki, reaksiya verəcəyik...”, - deyə o vurğulayıb.