"Real"a bəd xəbər: Rafael Varan zədələnib

30 Oktyabr 2018 22:18 (UTC+04:00)

Madrid "Real"ının futbolçusu Rafael Varan zədələnib. İspaniya mətbuatı yazır ki, fransalı müdafiəçinin La Liqanın 10-cu turunda "Barselona" ilə matçda zədələndiyi məlum olub. Onun məhz bu səbəbdən ikinci hissədə əvəzləndiyi vurğulanıb. Ayaq əzələsindən zədə alan Varanın bir ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, bundan əvvəl "Real"ın daha bir müdafiəçisi Marselonun iki həftə oynamayacağı açıqlanıb.