Tanınmış foto-reportyor Elxan Kərimov dünyasını dəyişib

20 Dekabr 2010 19:57 (UTC+04:00)

Tanınmış foto-reportyor Elxan Kərimov ötən gün saat 18:00 radələrində öz evində qəfildən ürəktutmasından vəfat edib. SİA-nın xəbərinə görə, dekabr ayının 28-də 62 yaşını qeyd etmək istəyən foto-reportyor yanvar ayının 5-də ürək şuntlanması əməliyyatına hazırlaşırdı. Lakin əcəl buna imkan vermədi.

 

SİA-nın kollektivi adından Elxan Kərimova Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.