“USETEC 2011”- sərgisində ASK güzəştli şərtlərlə iştirak edəcək
20 Dekabr 2010 19:41 (UTC+04:00)
6-8 aprel 2011-ci il tarixində Almaniyanın Köln şəhərində istifadə olunan maşın qurğuları və avadanlıqları üzrə beynəlxalq "USETEC 2011" sərgisi keçiriləcək. Bu barədə SİA-ya Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasından (ASK) məlumat verilib.
16 uğurlu "Resale" ticarət yarmarkalarından sonra, USETEC, RESALE-ın davamçısı olmaqla ən böyük istifadə olunan maşın və avadanlıqların ticarət yarmarkasıdır. 2011-ci ildən etibarən bu yarmarka hər il Köln şəhərində keçiriləcək. Yarmarkada bütün sahələri əhatə edəcək işlənmiş texnika və avadanlıqlar nümayiş olunacaq. ASK üzvlərinə sərgidə iştirak güzəştli şərtlərlə təklif olunur.
Qeyd edək ki, "USETEC 2011" sərgisi haqqında ətraflı məlumat əldə etmək istəyənlər ASK-ya müraciət edə bilərlər.