“Erməni tərəfi Dağlıq Qarabağla bağlı hərtərəfli, ayrılmaz mövqe tutmalıdır”. SİA-nın xəbərinə görə, bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryan müsahibəsində deyib.
“Mən münaqişənin müxtəlif elemtrləri ilə bağlı parçalanmış ifadələr eşidir, parçalanmış mövqe görürəm. Lakin hazırda ümumi, inkişaf etmiş mövqe yoxdur”,- deyə Koçaryan bildirib.
Koçaryan, Nikol Paşinyanın bu mövzuda hələ qərar vermədiyini düşündüyünü ifadə edib: “O bu mövzunun çox həssas və incə olduğunu başa düşür. Bəzi bəyanatlarında problemdən bir qədər uzaqlaşmaq, onu Qarabağa yönəltmək kimi cəhdlərini görürəm. Lakin bu işə yaramayacaq. Dağlıq Qarabağ münaqişəsinin həllində, eləcə də Qarabağın təhlükəsizliyinin təmin edilməsində Ermənistanın iştirak dərəcəsi böyük olduğu üçün onun məsələdən qaçmaq cəhdlərini puça çıxaracaq. Heç kim - nə həmsədrlər, nə də beynəlxalq ictimaiyyət bunu ciddi qəbul etməyəcək. Ona görə də, ümumi mövqe formalaşdırmaq daha yaxşıdır. Manevr üçün bir dəhliz var, lakin bu dəhliz Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini tamamilə aradan qaldırmaq kifayət qədər geniş deyil”.