Almeyda ehtiyatda qaldı, komandası uduzdu

29 Oktyabr 2018 05:04 (UTC+04:00)

Futbol üzrə Qazaxıstan çempionatında 31-ci turun oyunları keçirilib. Riçard Almeydanın çıxış etdiyi “Astana” da növbəti matçına çıxıb. Paytaxt təmsilçisi səfərdə “Tobol” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Almeyda bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. Qeyd edək ki, "Astana" hazırda 71 xalla 12 iştirakçı arasında vahid liderdir. Paytaxt təmsilçisi sona üç tur qalmış çempionluğu təmin edib.