Sabirabadda ev yanıb

28 Oktyabr 2018 02:06 (UTC+04:00)

Sabirabad rayonunun Moranlı kəndində birmərtəbəli ev yanıb. Trend-in məlumatına görə, ümumi sahəsi 90 m² olan birmərtəbəli 2 otaqlı (tikintisi başa çatmayıb) evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.