CAR-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Bakıya gəlib

26 Oktyabr 2018 21:40 (UTC+04:00)

VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Cənubi Afrika Respublikasının (CAR) Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı, vitse-admiral Musava Hlonqvane Azərbaycan HDQ-də və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Vitse-admiral M.Hlonqvane HDQ-nin Qərargah rəisi 1-ci dərəcəli, kapitan Şahin Məmmədovla görüşüb və 1987-1991-ci illərdə təhsil aldığı AAHM-nin hərbi dəniz fakültəsini ziyarət edib.