AFFA İK cərimə və cəzaları açıqladı

23 Oktyabr 2018 15:49 (UTC+04:00)

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul edilmiş qərarları nəzərinizə çatdırır:

20 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının VIII turunun “Qarabağ” – “Səbail” matçında “Qarabağ” klubunun heyətində protokolda adı olmayan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir və klub 8000 manat cərimə olunur (maddə 51).

21 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının VIII turunun “Keşlə” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

21 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının VIII turunun “Sumqayıt” – “Sabah” matçında “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Oyunun 15-ci dəqiqəsində “Sumqayıt” klubunun 3 №-li futbolçusu Vurğun Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

20 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının VIII turunun “Qəbələ” – “Neftçi” matçının 67-ci dəqiqəsində “Qəbələ” klubunun 33 №-li futbolçusu Təmkin Xəlilzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun 64-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).

Oyunun 62-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).

“Neftçi” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılmışdır. “Qəbələ” klubunun təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan “Neftçi” klubu tərəfindən ödənilsin.

19 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun VII turunun “Sumqayıt-2” – “Neftçi-2” matçında “Sumqayıt-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

Oyun təyin olunmuş vaxtdan 4 dəqiqə gec başladığına görə “Sumqayıt-2” klubu 240 manat cərimə olunur (maddə 53.3).

19 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun VII turunun “Kəpəz” – “Keşlə-2” matçında “Keşlə-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

19 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun VII turunun “Şüvəlan” – “Zaqatala” matçının 84-cü dəqiqəsində “Şüvəlan” klubunun 11 №-li futbolçusu Murad Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur(maddə 48).

19 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun VII turunun “Ağsu” – “Qarabağ-2” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

19 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun VII turunun “Səbail-2” – MOİK matçının 54-cü dəqiqəsində “Səbail” klubunun 64 №-li futbolçusu Sərxan Əhmədli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Oyunun 66-cı dəqiqəsində MOİK klubunun 99 №-li futbolçusu Bahadur Həziyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

18 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun VII turunun “Zirə-2” – “Qaradağ Lökbatan” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

Oyun təyin oldunduğu vaxtdan 8 dəqiqə gec başladığına görə hər iki klub 240 manat cərimə olunur(maddə 53.3).

21 oktyabr 2018-ci il, Region Liqasının, “Baku” FK (Bakı) – “Şahdağ” FK (Qusar) matçının 35-ci dəqiqəsində “Şahdağ” klubunun 13 №-li futbolçusu Vüqar Asəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

Oyunun 38-ci dəqiqəsində “Şahdağ” klubunun 20 №-li futbolçusu Vüqar Əlibabayev azarkeşlərə qarşı təhqiredici hərəkət etdiyinə görə 3 oyun cəzalanır (maddə 42.2)

Oyunun 45+2-ci dəqiqəsində “Şahdağ” klubunun 5 №-li futbolçusu Firudin Ağalarovun sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır(maddə 48).

“Şahdağ klubunun baş məşqçisi Kamran Əlibabayev təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılır (maddə 42.4).

“Baku” FK klubunun azarkeşləri meydana və rəqib komandanın futbolçularına yad əşyalar atdığına görə klub növbəti 3 oyunu azarkeşsiz keçirəcək. Bu hal yenidən baş verəcəyi təqdirdə klubu daha ağır cəza gözləyir.

21 oktyabr 2018-ci il, Region Liqasının, “Kürmük” – “Şəki” FK matçı başa çatdıqdan sonra “Kürmük” komandasının 4 №-li futbolçusu Surxay Mikayılov, 5 №-li futbolçusu Ramin Hacıyev və “Şəki” klubunun 4 №-li futbolçusu Süleyman Məmmədov, 8 №-li futbolçusu Nəriman İmayətov təhqiredici ifadələr işlətdiyiklərinə və aqressiv davranış nümayiş etdirdiklərinə, həmçinin kütləvi dava-dalaşda iştirak etdiklərinə görə hər bir futbolçu 9 oyun cəzalanır (maddə 39.2) (maddə 42.1).

“Kürmük” klubunun növbəti 3 ev oyunu neytral meydanda və azarkeşsiz keçiriləcəkdir. Həmçinin bu komandalar arasında keçiriləcək cavab matçı azarkeşsiz oynanılacaqdır.

“Kürmük” klubuna xəbardarlıq olunur. Bu hal yenidən baş verəcəyi təqdirdə klub yarışlardan kənarlaşdırılacaqdır.

20 oktyabr 2018-ci il, Region Liqasının, “Ağsu City” – “Füzuli” FK matçının 57-ci dəqiqəsində “Ağsu” klubunun 5 №-li futbolçusu Rəşad Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

20 oktyabr 2018-ci il, Region Liqasının, “Gənclik” (Sabirabad) – “Şamaxı” matçı başa çatdıqdan sonra “Şamaxı” klubunun 99 №-li futbolçusu Vüqar Süleymanov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).

20 oktyabr 2018-ci il, Region Liqasının, “Şıxlar” – “Uğur” matçının 42-ci dəqiqəsində “Şıxlar” klubunun 10 №-li futbolçusu Emin Şabanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).

21 oktyabr 2018-ci il, Region Liqasının, “Gənclik” İK (Bakı) – “Şirvanovka” (Qusar) matçının 90+1-ci dəqiqəsində “Gənclik” klubunun 13 №-li futbolçusu Ələkbər Muradov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).

17 oktyabr 2018-ci il, Gəclər Liqasının, “Sumqayıt” – “Sabah” matçının 90-cı dəqiqəsində “Sabah” klubunun 5 №-li futbolçusu Fərid Soltanzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).

17 oktyabr 2018-ci il, Gəclər Liqasının, “Keşlə” – “Səbail” matçının 80-cı dəqiqəsində “Səbail” klubunun 16 №-li futbolçusu Vidadi Cəfərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

20 oktyabr 2018-ci il, Bakcell U-17 Liqasının, “Xəzər Lənkəran” – “Keşlə” matçının 86-cı dəqiqəsində “Keşlə” klubunun 3 №-li futbolçusu Nəcməddin Şirinli hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).

19 oktyabr 2018-ci il, U-16 Liqasının, ROİL – “Qarabağ” matçının 75-ci dəqiqəsində ROİL klubunun 3 №-li futbolçusu Səyyad Xantəmirov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).

21 oktyabr 2018-ci il, U-16 Liqasının, “Gəncə” TİM – “Sabah” matçının 65-ci dəqiqəsində “Gəncə” TİM klubunun 18 №-li futbolçusu Sənan Əliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

21 oktyabr 2018-ci il, Kapital Bank U-14 Liqasının, “Sumqayıt” – “Neftçi” İK İB matçında “Sumqayıt” klubunun məşqçisi Zaur Hidayətov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).

20 oktyabr 2018-ci il, Coca Cola U-13 Liqasının, “Sabah” – “Səbail” matçında “Sabah” klubunun məşqçisi Elmir Zeynalov hakimi təhqir etdiyinə görə 3 oyun cəzalanır (maddə 42.4).

13 oktyabr 2018-ci il, U-12 Liqasının, ŞKGB TİM – “Şirvanovka” matçında ŞKGB komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

6 oktyabr 2018-ci il, U-11 Liqasının, “Qələmcə” – “Qazax Gəncləri” matçında “Qazax Gəncləri” komandasının heyətində protokolda adı olmayan futbolçunun iştirak etməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

21 oktyabr 2018-ci il, U-10 Liqasının, “Təhsil RİM” – ROFM matçında ROFM komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

21 oktyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının “Bədr FK” Xocalı – “Star Karqo” matçının 24-cü dəqiqəsində “Star Karqo” klubunun 7 №-li futbolçusu Əli Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

19 oktyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının “Baku Fire” – AZMİU matçının 22-ci dəqiqəsində AZMİU klubunun 28 №-li futbolçusu Vüsal Bağırzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

19 oktyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının “Metropolitan” – “Yasamal” FK B matçının 13-cü dəqiqəsində “Yasamal” FK B klubunun 1 №-li futbolçusu Əbdül Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

17 oktyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının EKOL – “Neftçi” matçının 15-ci dəqiqəsində EKOL klubunun 14 №-li futzalçısı Zaur Fərzəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).