Türkdilli ölkələr Şurasının baş katibi, səfir Xəlil Akıncı Azərbaycanda rəsmi səfərdədir. SİA-nın xəbərinə görə, səfər zamanı Türkdilli ölkələr Şurasının baş katibinin bir sıra görüşlər keçirməsi planlaşdırlır. Qeyd edək ki, Xəlil Akıncı Türkdilli ölkələr Şurasının baş katibi vəzifəsinə Türkdilli ölkə başçılarının 10-cu sammitində seçilib.
Xatırladaq ki, keçən il Naxçıvanda keçirilən 9-cu sammitdə Türkdilli ölkələr Şurasının yaranması haqqında sənəd imzalanmışdı.