"O Ses Türkiye"nin iştirakçısı Hadise və Seda Sayanı ağlatdı VİDEO

22 Oktyabr 2018 13:04 (UTC+04:00)

"O Ses Türkiye" yarışmasının son bölümündə səhnəyə çıxan yarışmaçı Sercan Aytepe, Orhan Ölmezin "Damla Damla" mahnısı ilə böyük bəyənmə topladı. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, ifaçı parçanı səsləndirərkən "O Ses Türkiye" nin münsif üzvlərindən Hadise və Seda Sayan göz yaşlarını tuta bilmədi.