MMA döyüşçümüz Rusiyalı idmançı ilə qarşılaşacaq

19 Oktyabr 2018 10:33 (UTC+04:00)

Azərbaycanın və “Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti sınağına çıxacaq. SİA-nın məlumatına görə, təmsilçimiz Moskvada təşkil olunacaq “Fight Night Global 90” çərçivəsində qüvvəsini sınayacaq. Yüngül çəkidə mübarizə aparan 24 yaşlı N.Abbasov Rusiyanı təmsil edən Mixail Qoqitidze ilə üz-üzə gələcək. İdmançılar turnirdən bir gün öncə rəsmi çəki mərasimində iştirak ediblər.

Bu gün keçiriləcək qarşılaşma “MOİK Arena”da baş tutacaq. Moskvadakı görüş hesabında 22 qələbə olan Nərimanın 26-cı döyüşü olacaq. Onun rəqibi isə 15-ci sınağına çıxacaq. Qoqitidze bu döyüşlərdən 9-da qələbə qazanıb.