“İqtisadçı” və “Azərreyl” Çelenc Kubokunda növbəti mərhələyə vəsiqə qazanıb
16 Dekabr 2010 18:43 (UTC+04:00)
Azərbaycanın "İqtisadçı" voleybol klubu Çelenc Kuboku uğrunda yarışın ikinci turunda Avstriyanın "Klaqenfutr" komandası ilə qarşılaşıb. SİA-nın məlumatına görə, komandamız cavab görüşündə də qalib gəlməyi bacarıb. Belə ki, təmsilçimiz rəqibə 25:9, 25:19, 25:22 hesabı ilə qalib gələrək hər 3 setdə üstün olub və növbəti mərhələyə vəsiqə qazanıb.
"Azərreyl" klubu isə Yunanıstanın "Markopulo" komadası ilə cavab görüşünə çıxıb. Bu komandamız da hər 3 setdə qalib gəlib (25:12, 25:20, 25:15) və növbəti mərhələyə çıxıb.