Tarixin bu günü və ya bu günün tarixi

16 Dekabr 2010 18:27 (UTC+04:00)
- Hicri-Qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü - Aşuradır
- Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günüdür
- Vezuvi vulkanının püskürməsi nəticəsində 4000 nəfər həlak olub (1631)
- Boston çay qonaqlığı - Amerika müstəmləkəçiləri çay vergisinə etiraz əlaməti olaraq, ingilis gəmilərinə hücum edərək 300-dən çox çay qutusunu dənizə töküb (1773)
- Milan futbol klubu yaradılıb (1899)
- Britaniya Misir üzərində protektoratını elan edib (1914)
- 8,5 bal gücündə zəlzələ Çinin Qansu əyalətində 180 000 insanın ölümünə səbəb olub (1920)
- Kamboca müstəqillik əldə edib (1948)
- Əhməd Sukarno İndoneziyanın ilk prezidenti seçilib (1949)
- Belçika Konqoya müstəqillik verib (1959)
- Hindistan ordusu Şərqi Pakistanın paytaxtı Dəkkə şəhərini işğal edib, Pakistan hərbi qüvvələri təslim olduqdan sonra atəşkəs elan edib (1971)
- Banqladeş müstəqillik əldə edib (1971)
- Çin Xalq Respublikası və Birləşmiş Ştatlar arasında diplomatik əlaqələr qurulub (1978)
- Bəstəkar, pianoçu, caz-muğamın banisi Vaqif Mustafazadənin xatirə günü (1979)
- Jan-Bertrand Aristid Haitinin demokratik yolla hakimiyyətə gələn ilk prezidenti olub (1990)
- Qazaxıstan müstəqilliyini elan edib (1991)
- Naxçıvan MR Ali Məclisi 31 dekabrı "Dünya azərbaycanlılarının birlik və həmrəylik Günü" kimi rəsmiləşdirib (1991)
- Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsi yaradılıb (1991)
- ABŞ-da insanın genetik xəritəsi hazırlanıb (1993)
- ABŞ və Böyük Britaniya İraqda "Səhra tülküsü" adlı hərbi əməliyyat keçirərək ölkənin bəzi hərbi obyektlərini havadan bombalayıblar (1998)
- Türk yazıçısı Orxan Pamuk "türk şəxsiyyətini təhqir etdiyinə görə" məhkəməyə verilib (2005)
- Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılması haqda fərman imzalayıb, Kəmaləddin Heydərov nazir təyin edilib (2005)