"Yeni ilə kimi Gəncənin bütün ATS-ləri elektronlaşdırılacaq, etiyac duyulan yaşayış massivlərinə isə elektron tipli ATS-lər qurulacaq. Bununla bağlı qarşımızda öhdəlik qoyulub."
Bunu SİA-nın bölgə müxbirinə açıqlamasında Gəncə Telekommunikasiya İdarəsinin rəisi Əli Hüseynov deyib. Onun sözlərinə görə, ilin sonuna kimi Qırmızı kənd və Sevinc qəsəbələrində yeni EATS-in qurulması, 55 saylı ATS-in isə elektronlaşdırılması nəzərdə tutulur.
Beləliklə, Gəncənin bütün yaşayış massivlərində ATS-lər elektronlaşdırılaraq əhalinin istifadəsinə veriləcək.