"Komandam yaxşı performans göstərdi. Azərbaycan çox yaxşı komandadır. Biz səfərdə qol vurduq, xal qazandıq. Kosovo ilə oyundan fərqli çıxış etdik. Baxmayaraq ki, çətin oyundan gəlmişdik, komandanın çıxışından razı qaldım". Bu sözləri Malta yığmasının baş məşqçisi Rey Farruciya UEFA Millətlər Liqasının IV turunda Bakıda millimizlə keçirilən oyundan (1:1) sonra mətbuat konfransında deyib.
- Kosovoya məğlubiyyətdən sonra komanda çox tənqid olunurdu. Bu gün isə daha güclü rəqiblə oyundan xalla ayrıldınız...
- Həyat belədir. Mən, təbii ki, insanlara qulaq asır, onlardan öyrənirəm. Hamının fikrini eşidirəm. İnsanların bizi tənqid etməyə haqqı var. Bundan daha da güclənirik. Bizim yaşı 21-dən aşağı olan bir neçə futbolçumuz var. Düzgün istiqamətdə irəliləyirik. Daha da güclü olmağımız üçün vaxta ehtiyac var.