Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçiriləcək.
SİA-nın xəbərinə görə, aksiyalar 16 dekabr 2010-cu il tarixində Bakı şəhərində "Mir-Mövsüm ağa", "Təzə pir", "Bibi-Heybət", "Qaraçuxur", "Cümə", "Soltan-Əli" məscidlərində, ET Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında, həmçinin Sumqayıt məscidi, Gəncə İmamzadə məscidi, Lənkəran məscidi, Şirvan məscidi, Mingəçevir məscidi, Şəki məscidi, Bərdə məscidi, Quba məscidində könülü qanvermə aksiyaları keçiriləcək.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.