Cəbəllütariq ilk qələbəsini Ermənistan üzərində qazandı!

14 Oktyabr 2018 07:04 (UTC+04:00)

UEFA Millətlər Liqasının D liqasının 4-cü qrupunda Ermənistanın qonağı olan Cəbəllütariq yığması gözlənilməz qələbə (1:0) qazanıb. Bu nəticə komandanın rəsmi görüşlərdəki ilk qalibiyyəti kimi tarixə düşüb. Buna qədər 22 matçda qapısından 107 top buraxan Cəbəllütariq millisinin yoldaşlıq matçlarında isə 2 qələbəsi var. Onlar 2014-cü ildə Maltanı, 3 il sonra isə Latviyanı eyni hesabla (1:0) məğlub ediblər.

Cəbəllütariqin səfərdə Ermənistana qalib gəldiyi oyundan hazırlanmış videoicmalı təqdim edirik.