Badamdarda sürüşmə aktivləşdi - istinad divarı 20-25 metr çökdü ŞOK FOTOLAR- VİDEO

13 Oktyabr 2018 09:10 (UTC+04:00)

Sürüşmə sahəsinin xəritəsi Nazirlər Kabinetinə təqdim edilib

Səbail rayonunda Badamdar-20-ci sahəni birləşdirən yolda (Bayıl şossesi) baş verən sürüşmə sahəsinin xəritəsi Nazirlər Kabinetinə təqdim edilib. Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, sürüşmə sahəsindəki 13 tikili təhlükə altındadır: "11 ev və 2 obyekt sahibinə təhlükə barədə xəbərdarliq edilib".

Qeyd edək ki, sürüşən torpaq qatının eni 250 metrdən, uzunluğu isə 200 metrdən çoxdur. Sürüşmə qatının hündürlüyü 15 metrdən artıqdır.

Bu dəqiqələrdə SİA-nın hadisə yerində olan əməkdaşı xəbər verdi ki, sürüşmə bir az da aktivləşib və torpaq birdən-birə 6-7 metr çöküb. Bu barədə daha geniş məlumat verəcəyik.