Azərbaycanda “Həqiqət uğrunda” Koalisiya yaradılacaq

15 Dekabr 2010 23:44 (UTC+04:00)
Azərbaycanda "Həqiqət uğrunda" koalisiya yaradılacaq. SİA-nın verdiyi xəbərə görə, bu barədə Koalisiyanın təsisçisi, hüquq müdafiəçisi Sədaqət Kamal koalisiyanın yaradılması ilə əlaqədar keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, koalisiyanın yaradılmasında əsas məqsəd həqiqət uğrunda çalışmaq və insanlara bu istiqamətdə yardım etməkdir.

Koalisiyada həqiqəti görən insanların çalışacağını deyən S.Kamalın sözlərinə görə, qurum həqiqətlə əl-ələ verənlər və müraciətlər əsasında fəaliyyət göstərəcək. O vurğulayıb ki, quruma istənilən adam üzv ola bilər.

"Həqiqət canlı bir varlıqdır. Sadəcə onu görmək və inanmaq lazımdır. Biz də bu məqsədlə bizə səs verənlərə səs verəcək, həqiqət axtarışında olan insanlara yardım edəcəyik. Biz ölkəmizdən əlavə ölkədən kənarda Azərbaycan haqqında yazılan yalanlara qarşı mübarizə aparacaq Azərbaycan adının dünyada təsdiqlənməsi üçün çalışacağıq".